Mediasiya Şurası ilə Azərbaycan Sığortaçılar Assosiasiyası arasında görüş keçirildi


  • 15 Mart 2022 20:43

Bu gün Mediasiya Şurası və Azərbaycan Sığortaçılar Assosiasiyası arasında görüş keçirilib.

E-huquq.az xəbər verir ki, görüşdə Mediasiya Şurasının İdarə Heyətinin üzvü Sima Yaqubova və ASA Hüquq Komitəsinin sədri Hamlet Qarayev, ASA-nın hüquqşünası Turanə Axundova, həmçinin Mediasiya Təşkilatlarının rəhbərləri və ASA-ya üzv olan sığorta şirkətlərinin hüquq şöbələrinin müdiri və aparıcı hüquqşünasları iştirak ediblər.

Görüşdə Mediasiya Şurası İdarə Heyətinin üzvü Sima Yaqubova Mediasiya Şurasının fəaliyyəti barəsində məlumat xarakterli çıxış edib, Mediasiya Şurası ilə Azərbaycan Sığortaçılar Assosiasiyası arasında əməkdaşlıq perspektivlərini, mediasiyanın cəmiyyətimizə, məhkəmə-hüquq sisteminə, xüsusi ilə kommersiya subyektlərinə verə biləcək faydaları və perspektivlərini vurğulanıb.

Görüş daha sonra dinamik müzakirələr formasında davam edib, Mediasiya Təşkilatlarının rəhbərləri İlhamə Həsənova, Taleh İbrahimov, Samir Babayev sığorta şirkətlərinə hüquqi mübahisələrin məhkəməyə qədər həll yolu olan mediasiya xidmətindən istifadə ilə bağlı, mediaaiyanın təbliği və təşviqi ilə bağlı təkliflər veriblər.

Görüşdə qarşılıqlə olan aktual məsələlərlə bağlı müzakirələr aparılıb.

Görüşün sonunda Mediasiya Şurası və Azərbaycan Sığortaçılar Assosiasiyası arasında əməkdaşlığın davam etdirilməsi vurğulanıb, mediator İlkin İbrahimovun hər iki qurum arasında əlaqələndirici kordinator kimi çıxış etməsi məqbul qarşılanıb.

Oxşar xəbərlər