- 12 Mart 14:47
Martın 15-də Mediasiya Şurası İdarə Heyəti, İntizam və İxtisas Komissiyalarının üzvləri Bakı 1 saylı Mediasiya Təşkilatının fəaliyyəti ilə yaxından tanış olublar.
E-huquq.az-ın məlumatına görə, təşkilatın rəhbəri Samir Babayev 1 saylı Mediasiya Təşkilatının fəaliyyəti barədə geniş məlumat verib.
Mediasiya Şurası İdarə heyətinin sədri Nadir Adilov çıxış edərək bildirib ki, təşkilatların fəaliyyətinə Şuranın nəzarəti ilə yanaşı, ictimai nəzarətin olması da mühüm məsələdir. O, həmçinin qeyd edib ki, Mediasiya Şurası tərəfindən hər zaman mediasiya təşkilatlarına dəstək veriləcək.
İdarə Heyətinin üzvü Sima Yaqubova, İntizam Komissiyasının üzvü Mayıl Əhməd, İxtisas Komissiyasının sədri Qasım Şaliyev və Bakı 2 saylı Mediasiya Təşkilatının rəhbəri İlhamə Həsənova çıxış edərək mediasiya təşkilatlarının fəaliyyətində şəffaflıq, vətəndaş məmnunluğunun artırılması kimi məsələlərin önəmli rol oynadığını vurğulayıblar.