- 12 Mart 14:47
Ölkə başçısının məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında fərmanından irəli gələn vəzifələrin icrasını uyğun olaraq, Azərbaycanda mediasiya institutunun inkişafı sahəsində mühüm tədbirlər həyata keçirilməkdədir.
E-huquq.az xəbər verir ki, artıq yeni yaradılan mediasiya təşkilatlarının ictimai açılışlarına başlanılıb. Martın 17-də Bakı 2 saylı Mediasiya Təşkilatının ictimai təqdimatı keçirilib.
Təqdimatda Azərbaycan Hakimlər Assosaiyasının sədri Əlləddin Cəfərov, Mediasiya Şurasının sədri Nadir Adilov, Mediasiya Şurasının İdarə Heyətinin üzvləri, yazıçı Varis, Qadın Sahibkarlar Konfederasiyasının sədri Səkinə Babayeva və digər ictimai nüfuzlu şəxslər iştirak ediblər.
Qonaqlar Bakı 2 saylı Mediasiya Təşkilatınıın fəaliyyət göstərməyə başladığı 5 yanvar 2022-ci il tarixdən bu günədək görülən işlərlə tanış olublar.
Təşkilatın sədri İlhamə Həsənova bildirib ki, Bakı 2 saylı mediasiya Təşkilatının Bakı şəhəri, Xan Şuşinski 158 ünvanında yerləşən ofisi mediasiya proseslərinin keçirilməsi üçün yüksək şəraitlə təmin edilib və hazırda təşkilatda 25 mediator fəaliyyət göstərir.
Tədbirdə Bakı 2 saylı Mediasiya Təşkilatının fəaliyyəti ilə bağlı maraqlı təqdimat nümayiş etdirilib. Təqdimatdan da məlum olduğu kimi, Bakı 2 saylı Mediasiya Təşkilatına daxil olan işlərin kifayət qədər əhəmiyyətli hissəsi barışıq sazişləri və tam mediasiya sessiyasına keçid etməklə yekunlaşıb.
Çıxış edən qonaqlar mediasiya institutunun məhkəmə hüquq islahatlarına, mübahisələrin sayının azalmasına və səmərəli həllinə böyük töhfə verəcəyinə inandıqlarını bildirib və bu yolda təşkilata uğurlar arzulayıblar.
Novruz Bayramı ərəfəsdinə keçirilən tədbririn rəsmi hissəsindən sonra Novruz süfrəsi ilə qeyri-rəsmi hissə davam etdirilib.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)