Mediasiya Şurasına üzv olmaq istəyən üç mediasiya təşkilatında monitorinqlər aparılıb - FOTOLAR


  • 30 Mart 2022 12:57

Martın 29-da Bakı şəhəri və Abşeron rayonu inzibati ərazi vahidləri üzrə dövlət qeydiyyatına alınmış 7, 10 və 11 saylı mediasiya təşkilatlarında monitorinq keçirilib.

E-huquq.az xəbər verir ki, Xüsusi Komissiya tərəfindən keçirilən monitorinqlərdə Komissiyanın sədri Bəylər Məmişov, üzvləri Mayıl Əhməd, Elçin Həsənov, Şakir Səfərbəyov, Gəray Məmmədtağıyev və Mediasiya Şurasının əməkdaşları iştirak edib.

Monitorinqlər zamanı 7 saylı Bakı mediasiya təşkilatının təsisçi-direktoru Natiq Məmmədov, 10 saylı Bakı mediasiya təşkilatının təsisçi-direktoru Rauf Əzimov və 11 saylı Bakı mediasiya təşkilatının təsisçi-direktoru Zaur Osmanov təşkilata müraciət edən vətəndaşlar və mediasiya sessiyalarının keçirilməsi üçün yaradılmış işgüzar şəraitlə bağlı Komissiya üzvlərinə geniş məlumat verib.

Komissiya tərəfindən də ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.07.2019-cu il tarixli, 308 saylı qərarı ilə müəyyən edilmiş ödənişlərlə əlaqədar şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi, həmçinin Mediasiya Təşkilatlarında həyata keçiriləcək mediasiya işləri ilə bağlı kargüzarlığın qanunvericiliyin tələbinə uyğun şəkildə qurulması ilə bağlı təşkilatın təsisçilərinə müvafiq tövsiyələr verilib.

Sonda Komissiya tərəfindən təşkilatın “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 11.3.3-cü maddəsinin tələbinə uyğunluğu yoxlanılmış və təşkilatın Mediasiya Şurasının reyestrinə daxil edilməsi məsələsinin müzakirəsi ilə bağlı İdarə Heyətinə təqdim olunması üçün tövsiyələr və rəy tərtib olunub.

Qeyd edək ki, 7 saylı Bakı Mediasiya Təşkilatı Füzuli küçəsi 49, SKS Plaza, mərtəbə 7 ünvanında, 10 saylı Bakı Mediasiya Təşkilatı Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 232-234 ünvanında, 11 saylı Bakı Mediasiya Təşkilatı isə Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi 2 ünvanında yerləşir.

Oxşar xəbərlər