Mediasiya Şurası hesabat yaydı


  • 31 Mart 2022 17:05

Mediasiya Şurası 2022-ci il 5 yanvar-31 mart tarixləri üzrə fəaliyyəti ilə bağlı ümumi hesabatı açıqlayıb.

E-huquq.az-ın məlumatına görə, hesabatda qeyd olunub ki, Şuraya üzv olan mediatorların ümumi sayı 290-dir. Onlardan 217-si aktiv fəaliyyət göstərən mediatorlardır.

Bakı şəhəri üzrə 143, Naxçıvan Muxtar Respublikası üzrə 5, digər şəhər və digər rayonlar üzrə isə 69 mediator fəaliyyət göstərir.

Məlum olduğu kimi, Mediatorun fəaliyyəti “Mediasiya haqqında” Qanunla tənzimlənir. Mediator bu Qanunun 12.2-ci və 12.3-cü maddələrində nəzərdə tutulan vəzifələrin pozulmasına görə intizam məsuliyyəti daşıyır mediatorun intizam məsuliyyətinə cəlb edilməsi barədə məlumat mediasiya reyestrinə daxil edilir və daxil edildiyi gündən 6 ay ərzində reyestrdə saxlanılır.

Yol verilmiş pozuntunun ağırlıq dərəcəsindən asılı olaraq mediatora qarşı aşağıdakı intizam məsuliyyəti tədbirləri tətbiq edilir:

- xəbərdarlıq;

- töhmət;

- 1 aydan 6 ayadək müddətə mediator fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması.

Qeyd olunanlara əsasən, bu müddət ərzində intizam məsuliyyətinə 37 mediator cəlb olunub.

Bunlardan 7-nin fəaliyyəti 6 ay müddətinə dayandırılıb, 9 mediatorun üzərində töhmət-intizam məsuliyyəti tətbiq olunub, 8 mediatorun hərəkətlərində pozuntu olmadığı üçün intizam icraatına xitam verilib və 13 iş üzrə intizam icraatı davam edir.

2022-ci ilin 5 yanvar-31 mart tarixləri ərzində Mediasiya Şurası və mediasiya təşkilatlarına ümumilikdə 9 324 müraciət daxil olub. Bunlardan 8 084-ü ailə, 897-i kommersiya, 343-ü isə əmək mübahisələrinin payına düşür.

Müraciətlərin Mediasiya Şurası və mediasiya təşkilatları üzrə aşağıdakı şəkildə bölünür:

Mediasiya təşkilatları olmayan regionlar üzrə Mediasiya Şurası tərəfindən bölünən işlərin statistikası:

- Ümumi müraciət: 3411

- Ailə mübahisəsi: 3111

- Kommersiya: 218

- Əmək: 82

Bakı 1 saylı Mediasiya Təşkilatı

- Ümumi müraciət: 159

- Ailə mübahisəsi: 141

- Kommersiya: 12

- Əmək: 6

Bakı 2 saylı Mediasiya Təşkilatı

- Ümumi müraciət: 593

- Ailə mübahisəsi: 453

- Kommersiya mübahisəsi: 105

- Əmək mübahisəsi: 35

Bakı 3 saylı Mediasiya Təşkilatı

- Ümumi müraciət: 653

- Ailə mübahisəsi: 533

- Kommersiya mübahisəsi: 81

- Əmək mübahisəsi: 39

Bakı 4 saylı Mediasiya Təşkilatı

- Ümumi müraciət: 781

- Ailə mübahisəsi: 632

- Kommersiya mübahisəsi: 112

- Əmək mübahisəsi: 37

Bakı 5 saylı Mediasiya Təşkilatı

- Ümumi müraciət: 1098

- Ailə mübahisəsi: 900

- Kommersiya mübahisəsi: 141

- Əmək mübahisəsi: 57

Bakı 6 saylı Mediasiya Təşkilatı

- Ümumi müraciət: 1613

- Ailə mübahisəsi: 1371

- Kommersiya mübahisəsi: 174

- Əmək mübahisəsi: 68

Gəncə 1 saylı mediasiya təşkilatı

- Ümumi müraciət: 1016

- Ailə mübahisəsi: 943

- Kommersiya mübahisəsi: 54

- Əmək mübahisəsi: 19

Oxşar xəbərlər