Daha 3 mediasiya təşkilatı Mediasiya Şurasının üzvlüyünə qəbul olundu


  • 31 Mart 2022 19:26

Bakı şəhəri üzrə dövlət qeydiyyatına alınmış 3 mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan RespublikasıQanunu ilə müəyyən edilmiş tələblərə uyğunluqlarının müəyyən edilməsi ilə bağlı yaradılmış Xüsusi Komissiyanın apardığı monitorinqin nəticələri barədə rəyi Mediasiya Şurasının İdarə Heyətinə təqdim edilib.

E-huquq.az xəbər verir ki, rəyə mediasiya təşkilatlarının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilməsi ilə bağlı yaradılmış Xüsusi Komissiyanın sədri Bəylər Məmişovunda iştirakı ilə İdarə Heyətinin iclasında baxılıb.

Komissiyanın sədri məruzə edərək bildirib ki, Bakı şəhərində fəaliyyət göstərmək üçün Mediasiya Şurasına müraciət etmiş7, 10 və 11 saylı Bakı mediasiya təşkilatlarının yerləşdiyi ofisə mediasiya sessiyalarının keçirilməsi üçün yaradılmış şəraitin monitoriqi həyata keçirilib və onların “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə uyğunluğu komissiya üzvləri tərəfindən məqsədəuyğun hesab edilib.

İdarə Heyətinin üzvlərinin fikirləri, Xüsusi Komissiyanın rəyinəzərə alınaraq İdarə Heyətinin yekdil qərarı ilə 7, 10 və 11saylı Bakı mediasiya təşkilatlarının Şuranın üzvlüyünə qəbul edilməsi və onlar barədə məlumatların mediasiya təşkilatları reyestrə daxil edilməsi qərarı verilib.

Beləliklə, 1 aprel 2022-ci tarixindən etibarən Bakı şəhəri üzrə vətəndaşlar həmçinin aşağıdakı mediasiya təşkilatlarına da müraciət edə bilərlər.

7 saylı Bakı mediasiya təşkilatının əlaqə vasitələri:

Təşkilat rəhbər – Məmmədov Natiq Sədrəddin oğlu

Ünvan: Bakı şəhəri, Füzuli küçəsi 49, (SKS plaza) VII mərtəbə

Email: baki7saylimediasiya@gmail.com

Tel: +994706740454

10 saylı Bakı mediasiya təşkilatının əlaqə vasitələri:

Təşkilat rəhbəri – Əzimov Rauf Nəriman oğlu

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 232

Email: baki10saylimediasiya@gmail.com

Tel: 055-245-29-29

11 saylı Bakı mediasiya təşkilatının əlaqə vasitələri:

Təşkilat rəhbəri – Osmanov Zaur Məzahir oğlu

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllə, ev 2, mənzil 11, giriş 1

Email: info@mediator-huquq.az

Tel: +994 70 833 01 01, +994 50 836 01 01, +994 12 408 10 72

Oxşar xəbərlər