Sima Yaqubova: "59 Mediatora xəbərdarlıq edildi"


  • 31 Mart 2022 21:15

59 mediatora xəbərdarlıq edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Mediasiya Şurası İdarə Heyətinin üzvü və İntizam Komissiyasının sədri Sima Yaqubova deyib.

O bildirib ki, Mediasiya Şurasının saxlanma xərcləri Mediasiya Təşkilatlarının və Mediatorların Mediasiya Şurasına ödədikləri üzvlük haqqları hesabına formalaşır. Mediasiya Şurasına üzv olan mediatorlar tərəfindən üzvlük haqqlarının ödənilməməsi, bəzən isə vaxtlı vaxtında ödənilməməsi Mediasiya Şurasının təşəbbüsü ilə keçiriləcək audit yoxlaması prosesində üzvlük haqqı ödəməyən mediatorların məsuliyyət yükünü artırmaqla yanaşı qeyd edilən məsələni aktuallaşdırır.

Qeyd edək ki, Bakı şəhərində fəaliyyət göstərən mediasiya təşkilatları Mediasiya Şurasına ayda 250 azn, regionlarda fəaliyyət göstərən mediasiya təşkilatları 150 azn, Bakı, Sumqayıt və Abşeronda fəaliyyət göstərən mediatorlar hər ay 60 azn, regionlarda fəaliyyət göstərən mediatorlar isə 40 azn üzvlük haqqını qanunvericlik və Mediasiya Şurasının Nizamnaməsi ilə nəzərdə tutulmuş tələbə uyğun olaraq ödəməyə borcludurlar.

Aparılmış təhlillər və dəqiq uçot nəticəsində müəyyən edilmişdir ki, bu günədək Mediasiya Şurasına üzv olan 59 mediator ümumiyyətlə, üzvlük haqqı ödəməmiş və üzvülük haqqının ödənilməsi sahəsində müxtəlif bəhanələrlə yayınmışdır. Mediasiya Şurasının Nizamnaməsinə əsasən, mediatorun fəaliyyətini dayandırması üzvlük haqqının ödənilməməsi üçün əsas səbəb ola bilməz. Üzvlük haqqının ödənilməməsi yalnız mediatorun və yaxud da mediasiya təşkilatının Mediasiya Şurasının üzvlüyündən xaric olunduğu zaman mümkün ola bilər.

Yuxarıda sadalananlarla əlaqədar olaraq üzvlük haqqlarını ödəməkdən imtina edən 59 mediator barədə məlumatlar Mediasiya Şurasının İntizam Komissiyasına təqdim edilmişdir. Eyni zamanda, üzvlük haqqlarını ödəməyən mediatorlara Mediasiya Şurası tərəfindən bu gündən etibarən rəsmi məktublar göndərilməyə başlamışdır.

Üzvülük haqqlarının toplanması məqsədi ilə fəaliyyət göstərən işçi qrup tərəfindən və eyni zamanda Mediasiya Şurasının məsul əməkdaşları tərəfindən mediatorlara edilən zənglər zamanı “Mediatorların peşəkar etik davranış Qaydası”nı kobudcasına pozmuş mediatorlar barədə də faktlar ümumiləşdirilərək tədbir görülməsi məqsədi ilə Mediasiya Şurasının İntizam Komissiyasına təqdim edilmişdir. Davranışlarında və ünsiyyətlərində xüsusi komissiyanın üzvləri və eyni zamanda Şura əməkdaşları ilə kobud şəkildə davranan həmin mediatorlar barədə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 17.2.7-ci maddəsinə əsasən, İntizam Komissiyasına məlumat verilmişdir.

Mediasiya Şurası tərəfindən üzvülük haqqını ödəməyən 59 mediatorun diqqətinə çatdırılıb ki, fəaliyyətin dayandırılması üzvlük haqqını ödəməmək üçün əsas deyildir. Əgər mediator Mediasiya Şurasına üzvdürsə, fəaliyyət göstərsə də, göstərməsə də, üzvlük haqqını qanunverciliyin və Mediasiya Şurasının Nizamnaməsinə uyğun olaraq vaxtlı-vaxtında ödəməlidir.

Oxşar xəbərlər