Bakı 3 saylı Mediasiya Təşkilatının ictimai təqdimatı keçirildi - FOTO


  • 5 Aprel 2022 19:38

Ölkə başçısının məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında fərmanından irəli gələn vəzifələrin icrasına uyğun olaraq, Azərbaycanda mediasiya institutunun inkişafı sahəsində mühüm tədbirlər həyata keçirilməkdədir.

E-huquq.az xəbər verir ki, martın 17-dən yeni yaradılan mediasiya təşkilatlarının ictimai təqdimatları davam edir. Aprelin 5-də Bakı 3 saylı Mediasiya Təşkilatının ictimai təqdimatı keçirilib.

Təqdimatda Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, üzvü Sima Yaqubova, İntizam Komissiyasının üzvü Mayıl Əhməd, Bakı 2 saylı Mediasiya Təşkilatının rəhbəri İlhamə Həsənova, Xüsusi Komissiyanın üzvü Fərhad Mehdiyev, İşçi qrupun üzvləri Bayram Həsənov, Əli Adıgözəlov, mediator Zaur Mirzəbəyov, Mediasiya Şurası əməkdaşları Simarə Vahid və Kamil Lətifov iştirak edib.

Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi, bina 78B ünvanında yerləşən 3 saylı Mediasiya Təşkilatının rəhbəri Paşa Səfərov mediasiya sessiyalarının keçirilməsi üçün şəraitlə təmin edilmiş ofis haqqında, təşkilata üzv olan mediatorlar barəsində, 5 aprel tarixinədək daxil olmuş müraciətlər və onların nəticələri barədə məlumat verib.

Görüş zamanı təşkilatın fəaliyyətinin yüksəldilməsi ilə bağlı təkliflər və tövsiyələr verilib.

Bakı 3 saylı mediasiya təşkilatı həftə içi 5 gün (qeyri-iş günləri istisna olmaqla) saat 09:00-18:00 vətəndaş qəbulunu həyata keçirir.

Oxşar xəbərlər