Mediasiyaya müraciət etmək istəyənlərin nəzərinə!


  • 7 Aprel 2022 09:17

Bakı 2 saylı Mediasiya Təşkilatının fəaliyyəti ictimai həyatın müxtəlif sahələrində yaranan münaqişə və mübahisələrin qarşılıqlı etimad və hörmət əsasında danışıqlar yolu ilə həllinə yönəlib.

Mediasiya öz prinsiplərinə, məqsəd və vəzifələrinə görə sivilizasiyanın humanist dəyərlərini əks etdirir. Başqasının maraqlarını, habelə öz maraqlarını nəzərə alan müstəqil qərarlar qəbul etmək, rəqibinə hörmət və onun nöqteyi-nəzərinin tanınması mediasiyanın ideoloji məzmununa və münaqişələrin sülh yolu ilə həllinin ümumi məqsədinə uyğundur.

Mediasiya, ilk növbədə, problemi həll edir, problemə görə məsuliyyət daşıyanları axtarmır. Əminik ki, cəmiyyətin və onun hər bir üzvünün istənilən münaqişəli vəziyyətlərdə və mübahisələrdə öz davranışına bu cür yanaşması gec-tez münaqişələrin həllinin günahkarların “ədalət naminə” cəzalandırılmasının ənənəvi üsullarını əvəz edəcək. Mediasiyanın ən yüksək dəyəri həqiqətən ədalətli, ağlabatan və bütün münaqişə tərəflərinin maraqlarını qarşılıqlı şəkildə təmin edən həll yolunun axtarışıdır.

2021-cü il iyulun 1-dən Azərbaycan Respublikasında müstəqil üçüncü tərəfin - mediatorun iştirakı ilə danışıqların, barışıq prosedurlarının aparılması, münaqişələrin və mübahisələrin həlli üçün bu hüquqi aləti təqdim edən “Mediasiya haqqında” Qanun qüvvədədir. Mediatorların iştirakı ilə və qanunvericiliyimizlə müəyyən edilmiş qaydada aparılan danışıqlar mübahisələrin və münaqişələrin, o cümlədən məhkəmə çəkişmələrinin həllinin ənənəvi üsullarından fərqli olaraq ən effektivdir.

Mediasiya prosedurunun nəticəsi olan sazişlər könüllü icra olunmadığı halda qısa müddət ərzində və sadələşdirilmiş icraat qaydasında məhkəmə tərəfindən təsdiqlənir və məcburi icraya yönəldilir. Mediatorun qanorarı çox vaxt vəkilin qonorarından, məhkəməyə ödənilən rüsumlardan az olur.

Mediatorlara müraciət edin. Bu, münahisələrinizin həllinin düzgün yolu və siivilizasiyanın humanitar dəyərlərinə töhfənizdir!

Bakı 2 saylı mediasiya təşkilatına müraciət edərək ilkin məcburi və tam mediasiya proseslərini keçə,mübahisənizi operativ şəkildə, peşəkar, nəzakətli, məsuliyyətli mediatorların köməkliyi ilə həll edə bilərsiniz!

Ünvan: Bakı şəhəri, Xan Şuşinski 158, Ev 72 F( Olimpik Stara yaxın, Şam restoranının, Siti villaların yanı)

E-mail adresi: mediasiya02@gmail.com

Əlaqə telefonları: (012) 449-62-08; (012) 449-91-11; (070) 511-49-90

Poçt indeksi: AZ1106

Oxşar xəbərlər