- 12 Mart 14:47
Bu gün Bakı 5 saylı Mediasiya Təşkilatının mediatorları ilə görüş keçirilib.
E-huquq.az-ın məlumatına görə, görüşdə təşkilatın marketinq planı müzakirə edilib, reklam xarakterli tədbirlərin həyata keçirilməsi razılaşdırılıb.
Eyni zamanda Bakı 5 saylı Mediasiya Təşkilatının rəhbəri Taleh İbrahimov son 3 ay ərzindəki maliyyə hesabatını və iş bölgüsü ilə bağlı məlumatları mediatorların diqqətinə çatdırıb. T. İbrahimov həmçinin tam mediasiyanın zəruriliyi və vətəndaşların mediasiya sahəsində maariflənməsi istiqamətində təlimat verib.
Qeyd edək ki, vətəndaşlar mediasiya ilə bağlı Bakı 5 saylı Mediasiya Təşkilatına müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10 E, 6-7 mərtəbələr, 601-603 otaqlar və 704-706 otaqlar.
Telefonlar: 012-464-17-23; 050-396-00-17; 055-396-00-17; 077-396-00-17; 070-249-67-78
Elektron poçt ünvanı: [email protected]; [email protected]
Facebook: bakumediasiya5
İnstagram: bakumediasiya5

