- 12 Mart 14:47
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının və Mediasiya Şurasının birgə tərəfdaşlığı ilə “İstehlakçı hüquqları sahəsində mediatorların maarifləndirilməsi kurslar”ının üçüncü mərhələsi keçirilib.
E-huquq.az xəbər verir ki, əvvəlki mərhələlər üzrə 45 mediatora istehlakçı hüquqları ilə bağlı təlimlər keçirilib və iştirakçılara Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən sertifikatlar təqdim olunub
Üçüncü mərhələ üzrə təlimlərdə 35 mediator iştirak edib və iştirakçılara istehlakçı hüquqlarına dair mübahisələrin həllində mediasiyanın əhəmiyyəti, istehlakçı hüquqları və istehlakçıların hüquqlarının müdafiə mexanizmləri, istehlak bazarına nəzarət tədbirlərinin istehlakçı hüquqlarının qorunmasında rolu, istehlakçı hüquqlarının müdafiəsi sahəsində təbii inhisarlara dövlət nəzarəti ilə bağlı ətraflı məlumat verilib, qeyd edilən məsələlərlə bağlı iştirakçılarla fikir mübadiləsi aparılıb.
Təlimlərin sonunda iştirakçılara “İstehlakçı hüquqları sahəsində mediatorların maarifləndirməsi kursları”nı bitirdiklərinə dair sertifikatlar təqdim olunub.