Mediasiya təşkilatlarına daxil olan müraciətlərin sayı açıqlandı


  • 31 May 2022 12:00

Bakı üzrə mediasiya təşkilatlarına ümumilikdə 10 197 müraciət daxil olub.

E-huquq.az xəbər verir ki, bu fikirləri Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov deyib.

Onun sözlərinə görə, ümumilikdə mediasiya təşkilatlarına edilən müraciətlərin sayı isə 15 018 təşkil edib. Sədr bildirib ki, müraciətlərin 12 872-i ailə mübahisəsi, 1550-i kommersiya mübahisəsi və 596-sı əmək mübahisəsi ilə bağlı olub: "Mediasiya Şurasına regionlardan daxil olan müraciətlərin sayı isə 4821 olub. Ailə müraciətlərinin sayı 4238, kommersiya müraciətlərinin sayı 379, əmək müraciətlərinin sayı isə 104 təşkil edib".

N.Adilov həmçinin qeyd edib ki, bu ilin 5 ayında əldə olunan barışıq sazişlərinin sayı 568-dir. Onun sözlərinə görə, barışıqların 478-i ailə münaqişələri, 124-ü kommersiya, 101-i isə əmək münasibətləri üzrə müraciətlərdən əldə olunub.

Oxşar xəbərlər