Bakı 3 saylı Mediasiya Təşkilatında "Açıq qapı" günü keçiriləcək


  • 9 İyun 2022 14:57

Bakı 3 saylı Mediasiya Təşkilatında "Açıq qapı" günü keçiriləcək.

Təşkilatın direktoru Paşa Səfərovun e-huquq.az-a verdiyi məlumata görə, 01 iyul 2022-ci il tarixdə, saat 10:00-dan 13:00-dək Bakı 3 saylı Mediasiya Təşkilatında “Açıq qapı” günü keçiriləcək.

Maraqlı şəxslər göstərilən tarixdə Təşkilatın Bakı şəhəri, Zərdabi küçəsi 78, korpus B, otaq 110 ünvanında yerləşən inzibati binasına gəlməklə mediasiya institutu, mediasiya prosesi və mediasiya sessiyalarının təşkili qaydaları, həmçinin mediasiya sahəsində maraqlı olan suallar barəsində ətraflı məlumat ala biləcəklər.

“Açıq qapı” gününün keçirilməsində məqsəd insanlar arasında mediasiya instututunun təbliği və məlumatlandırma xarakteri daşıyır.

Ətraflı məlumat almaq istəyən şəxslər 0772730373 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Oxşar xəbərlər