Bakı 5 Saylı Mediasiya Təşkilatında indiyədək 176 barışıq sazişi imzalanıb - STATİSTİKA


  • 13 İyun 2022 13:11

Bakı 5 Saylı Mediasiya Təşkilatında yanvar ayından bu günədək ailə, əmək, kommersiya və mülki mübahisələr üzrə 176 barışıq sazişi imzalanıb.

Bu barədə e-huquq.az-a açıqlamasında təşkilatın direktoru Taleh İbrahimov məlumat verib. O bildirib ki, barışıq sazişlərindən 154-ü ailə, 19-u kommersiya, 1-i əmək, 2 barışıq sazişi isə mülki mübahisə üzrə imzalanıb.

T. İbrahimov mediasiya prosesində iştirak etmək istəyən şəxslərə də müraciət edib: "Mediasiya mübahisələrin həllinə nail olmaq üçün əlverişli imkandır. Mübahisələrinizin uğurlu həllini, barışıqla nəticələnməsini istəyirsinizsə, Bakı 5 Saylı Mediasiya Təşkilatının peşəkar Mediatorlarına müraciət edin".

Ünvan: Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10E, Rusel Plaza, 6-cı mərtəbə, otaq 601 - 603

E-mail adresi: 5saylimediasiya@gmail.com;

Əlaqə telefonları: +994124641723:

+994503960017; +994553960017;

+994773960017.

Instagram: bakumediasiya5

Facebook: bakumediasiya5

Oxşar xəbərlər