Azərbaycanda "Mediasiya haqqında" Qanunun şərhi hazırlanır


  • 14 İyun 2022 11:30

Tanınmış hüquqşünas Paşa Səfərov tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun şərhi hazırlanır.

Paşa Səfərov e-huquq.az-a açıqlamasında məlumatı təsdiqləyib.

O bildirib ki, bu ilin sonunadək “Mediasiya haqqında” Qanunun şərhi hazırlanıb kitab formasında çapa veriləcək. Onun sözlərinə görə, kitabda sözügedən qanun normalarının şərhi ilə yanaşı, qanunda olan boşluqlar və bu boşluqların aradan qalxması üçün irəli sürülən təkliflər barədə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Paşa Səfərov hüquq sahəsinə aid bir neçə kitabın, o cümlədən “İcra haqqında” Qanunun və “İcra məmurları haqqında” Qanunun şərhlərinin müəllifidir.

Oxşar xəbərlər