Sədr: "Tamah məqsədi ilə mediator olmaq istəyənlər bir çox hallarda uğurlu mediator ola bilmirlər"


  • 30 İyun 2022 12:05

"Cənab Prezident İlham Əliyevin apardığı mütərəqqi məhkəmə - hüquq islahatların tərkib hissəsi olan mediasiya islahatlarında yer almaq hər bir mediator kimi mənim üçün də böyük şərəf və qürurdur. Bu gün Mediasiya Şurasının İdarə Heyətinin sədri vəzifəsindəki işimə başlamağımın bir ili tamam olur. Bu bir ildə mənə dəstək olan dövlət xadimlərimizə, ictimaiyyət nümayəndələrimizə, KİV-dəki dostlarımıza, əlbəttə ki, vətəndaşlarımıza, vəkillərə, məhkəmə hakimlərinə, milli təlimçilərə, bir sözlə fəaliyyətimizi pozitiv ümidlərlə izləyib çətin günlərimizdə işimizə dəyər və əmək verən bütün dostlarımıza, hər kəsə dərin təşəkkür edirəm".

E-huquq.az xəbər verir ki, bunu Mediasiya Şurasının sədri Nadir Adilov bildirib.

Sədr qeyd edib ki, Mediasiya Şurası cəmiyyət üçün kifayət qədər açıq və şəffaf təşkilata çevrilib: "Əlbəttə ki, fəaliyyətimiz cəmiyyət üçün yenidir. Artıq təcrübə onu göstərir ki, mediasiya prosesləri kəmiyyətdən keyfiyyət mərhələsinə qədəm qoyur. Mediasiya Şurasının üzvü olan mediatorların və mediasiya təşkilatlarının ciddi əməyi və zəhməti nəticəsində barışıq sazişlərimizin nəinki sayı artır, hətta deyərdim ki, keyfiyyəti də artır. Mediator peşəsi də digər peşələr kimi çox çətin və şərəfli peşədir. Mediator peşəsinin bir vacib özəlliyi də bu peşənin həm də ictimai maraqlara xidmət etməsidir. Təcrübə göstərir ki, tamah məqsədi ilə mediator olmaq istəyən, bu peşənin ictimai maraqlara xidmət etməli olduğunu anlamayanlar bir çox hallarda uğurlu mediator ola bilmirlər. Amma qürurvericidir ki, bu gün sıralarımızda ictimai maraqlara xidmət edən, tamah məqsədi ilə bu peşəyə yanaşmayan, bir çox çətinliklərlə bacaran onlarla mediatorumız var və bu say yaxın gələcəkdə daha da artacaqdır".

N. Adilov vurğulayıb ki, fəlsəfəsində ictimai qərar qəbul etmək yükünü özündə əks etdirən mediasiya prosesləri bu gün vətəndaşa öz müqəddəratını həll etmək üçün geniş ictimai imkanlar yaradıb: "Heç bir inzibati müdaxilə olmadan vətəndaş mediatorun iştirakı ilə öz münaqişəsi ilə bağlı qərar qəbul etmək səlahiyyətinə malikdir. Cəmiyyətə daha faydalı olmaq və keyfiyyətli mediasiya xidmətlərinin göstərilməsi sahəsində hər zaman bütün təklifləri dinləməyə, əməkdaşlığa açığıq".

Oxşar xəbərlər