Azərbaycanda daha 3 mediasiya təşkilatı fəaliyyətə başladı


  • 1 İyul 2022 20:24

Bakı və Şəki şəhərləri üzrə dövlət qeydiyyatına alınmış mediasiya təşkilatlarının monitorinq nəticələri barədə Xüsusi Komissiyanın rəyinə iyunun 30-da keçirilən Mediasiya Şurasının İdarə heyətinin iclasında baxılıb.

Mediasiya Şurasından e-huquq.az-a verilən məlumata görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə uyğunluqlarının müəyyən edilməsi ilə bağlı yaradılmış Xüsusi Komissiyanın rəyi nəzərə alınaraq, İdarə Heyətinin yekdil qərarı ilə Bakı və Şəki şəhəri üzrə fəaliyyət göstərəcək mediasiya təşkilatlarının Şuranın üzvülüyünə qəbul edilməsi və onlar barədə məlumatların reyestrə daxil edilməsi qərara alınıb.

Mediasiya Şurası müraciətçilərin nəzərinə çatdırır ki, iyulun 1-dən Bakı 16 saylı mediasiya təşkilatı və Şəki 1 saylı mediasiya təşkilatı fəaliyyətə başlayıb.

Şəki şəhəri üzrə fəaliyyət göstərəcək olan Şəki 1 saylı mediasiya təşkilatına Şəki, Mingəçevir şəhərləri, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Qax, Qəbələ, Oğuz, Ucar, Yevlax, Zaqatala, Zərdab rayonları üzrə vətəndaşlar müraciət edə bilər.

Bakı 14 saylı mediasiya təşkilatının məlumatları:Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, green plaza, ofis 404
Email: 14saylıbmt@gmail.com
Tel: (050) 210 91 58

Bakı 16 saylı mediasiya təşkilatının məlumatları:
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 2
Email: 16saylimediasiya@mail.ru , ogulKerimov@mail.ru
Tel: (055) 721 17 36, (055) 510 85 00, (050) 211 25 26

Şəki 1 saylı mediasiya təşkilatının məlumatları:
Ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 355
Email: sheki1saylımt@gmail.com
Tel: (070) 221 29 99

Oxşar xəbərlər