Bakı 9 saylı Mediasiya Təşkilatı mediasiya fəaliyyətinin səmərələliyini artırır


  • 2 İyul 2022 12:00

Bakı 9 saylı Mediasiya Təşkilatı mediasiya fəaliyyətinin səmərələliyini artırmaq üçün müxtəlif tədbirlər həyata keçirməkdə davam edir.

E-huquq.az xəbər verir ki, əsas diqqət mediatorların mediasiya bacarıqlarının təkmilləşdirilməsinə və bu sahədə maarifləndirmə işlərinin aparılmasına yönəlib. Bu istiqamətdə təşkilat mütəmadi görüşlər keçirir.

Ötən günlərdə təşkilatın növbəti görüşü baş tutub, görüşdə Mediasiya Təşkilatının təsisçisi Yunis Nəsibov və direktoru Leyla Nəsibova, təşkilata üzv olan mediatorlar, tanınmış psixoloq, Niderland Biznes Akademiyasının məzunu, beynəlxalq dərəcəli mediator Nilufər Akif, psixoloq, həyat koçu Nərgiz Həsənova, Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində Azərbaycanın Gənc Avropa Səfiri Nərminə Hüseynzadə, jurnalist, bloqer və biznes konsultantı Ramin Musayev iştirak ediblər.

Görüş zamanı iştirakçılar öz təcrübələrini bölüşüblər. Psixoloqlar - Nilufər Akif və Nərgiz Həsənova mediasiya fəaliyyətinin barışıqla başa çatması üçün bəzi psixoloji taktikalar barədə danışıb, mövzu əhatəsində geniş müzakirələr aparıblar.

Jurnalist, bloqer Ramin Musayev mediasiya barədə təbliğat aparılmasında sosial şəbəkədən və maarifləndirici məqalələrdən istifadə olunmasının xüsusilə vacib olduğunu vurğulayıb.

Eyni zamanda Gənc Avropa Səfiri Nərminə Hüseynzadə ilə cəmiyyətimizdə, xüsusilə gənc nəsillər arasında mediasiya barədə təbliğat işlərinin aparılması məqsədi ilə Gənc Avropa Səfirlərinin Hüquq Klubu ilə müxtəlif layihələrin təşkilində əməkdaşlıq məsələləri müzakirə olunub.

Oxşar xəbərlər