- 21 İyun 13:46
Şəki 1 saylı Mediasiya Təşkilatı fəaliyyətə başlayıb.
Mediasiya Şurasından e-huquq.az-a verilən məlumata görə, Təşkilatda Şəki şəhəri də daxil olmaqla, Mingəçevir, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Qax, Qəbələ, Oğuz, Ucar, Yevlax, Zaqatala, Zərdab rayonları üzrə vətəndaş müraciətlərinə baxılacaq.
Qeyd edilən regionlar üzrə ailə, əmək və kommersiya mübahisələri ilə bağlı Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət etmək tövsiyə olunur.
Əlaqə vasitələri:
Ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 355
Email: [email protected]
Telefonlar: (+994) 70 221 29 99