Mediatorlarla mediasiya təşkilatları arasında vahid mülki müqavilə tətbiq olunacaq


  • 8 İyul 2022 22:20

Mediasiya Şurasının mediatorlar və mediasiya təşkilatları ilə növbəti görüşü keçirilib.

E-huquq.az xəbər verir ki, görüşdə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadə, mediasiya təşkilatlarının rəhbərləri və mediatorlar iştirak edib.

Görüş zamanı mediasiya təşkilatlarının mediatorlarla bağladıqları mülki müqavilənin vahid və nümunəvi formasının tətbiqi barədə geniş müzakirələr aparılıb, mediatorlar tərəfindən təkliflər dinlənilib.

Oxşar xəbərlər