Mediasiya niyə lazımdır?


  • 21 İyul 2022 10:08

Mediasiya məhkəmə çəkişməsinə ən yaxşı alternativdir!

Bu, mübahisələrin həllinin, müstəqil mediatorun tərəflərə qarşılıqlı razılığa gəlməyə kömək etdiyi effektiv üsuludur.

Məhkəmə çəkişməsini təsəvvür edək: iddiaçı və cavabdeh ciddi cəhdlə öz mövqelərini müdafiə edirlər. Hər kəs öz mövqeyinin haqlı olduğunu düşünür! Nəticə isə kin-küdurət və anlaşılmazlıqdır.

Zaman keçir, ara qızışır, məhkəmə iclasları bir-birini əvəz edir.Ənənəvi final :hakim qərar verir, kimsə evinə razı gedir, kimsə məyus, amma çətin ki, gələcəkdə əl sıxsınlar. Bəs mübahisə edənlər danışıqlar masası arxasına əyləşsələr və onlara başqa bir mütəxəssis - mediator vasitəçi olsa?

Mediator kimdir və niyə lazımdır?

Mediator neytral vasitəçidir, onun üçün İddiaçı və cavabdeh yoxdur, onun dinləyə biləcəyi yalnız bərabər tərəflər var. Suallar verir, tərəflərin mövqelərini ümumiləşdirir, mediasiya prosesinə nəzarət edir, tərəflər arasında münaqişənin səviyyəsini azaldır. Mediator həll yolları təklif etmir və məsləhət vermir, sənədlər tələb etmir, məhkəmə işi tələb etmir. O, “ən yaxşı” həlli proqnozlaşdırmır və ya irəli sürmür.., nəticədə isə heyrətamiz bir şey olur: əksər hallarda tərəflər mübahisənin əsl səbəbini tapırlar (və bu, onların səsləndirdiyi mövqe ilə üst-üstə düşməyə bilər) və mediatorun köməyi ilə bütün mübahisə tərəflərini qane edən bir həll yolu tapırlar.

Mediasiya ona görə effektivdir ki, o, bütün iştirakçıları öz vəziyyətlərini real qiymətləndirəcəkləri və mümkün həll yollarını tapa biləcəkləri danışıqlar masasına gətirir. Tərəflərin danışıqlara girə bilmədiyi və ya getmək istəmədiyi və ya barışmaz mövqe tutduğu vəziyyətlər də daxil olmaqla, 85%-dən çox işlərdə mediasiya səmərə verir.

Sizə mediator lazımdır?

Bizə müraciət edin:

Bakı 2 saylı Mediasiya Təşkilatı

Fəaliyyət göstərdiyimiz ünvan və ərazi: Bakı şəhəri, Xan Şuşinski 158, Ev 72 F(Şam restoranının yanı),

E-mail adresi: [email protected]

Əlaqə telefonları: 012-449-62-08; 012-449-91-11; 070-511-49-90; 050-611-49-90

Poçt indeksi: AZ1106

İlhamə Həsənova

Bakı 2 saylı Mediasiya Təşkilatının rəhbəri, mediator

Oxşar xəbərlər