- 12 Mart 14:47
“Miqrasiya Könüllüsü” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan “Profitable Month 2” layihəsinə start verilib.
E-huquq.az xəbər verir ki, layihənin ilk təlimi mentor, beynəlxalq münasibətlər üzrə mütəxəssis, vəkil Gəray Ağbabalının təqdimatında baş tutub.
Qeyd edək ki, layihənin əsas məqsədi təlimçilik sahəsinə xüsusi marağı olan gənclərə eyni zamanda həm təlimçi olmağı, həm də seçdikləri sahə üzrə mütəxəssis olmağı öyrətməkdir. Həmçinin 4 istiqamətdə: İctimaiyyətlə Əlaqələr (PR), Üzvlərlə İş və Təşkilati Məsələlər (HR), Beynəlxalq Əlaqələr (BM) və Layihələrin idarə olunması (PM) üzrə baş tutacaq təlimlər, peşəkar təlimçilər və mütəxəssislər tərəfindən keçiriləcək.




