Bakı 3 saylı Mediasiya Təşkilatında vətəndaşlara ödənişsiz yardım göstəriləcək


  • 25 İyul 2022 13:30

Bakı 3 saylı Mediasiya Təşkilatında 1-31 avqust 2022-ci il tarixlərində vətəndaşlara mediasiya təklifi və müraciəti üçün təmənnasız olaraq yardımın göstərilməsi nəzərdə tutulub.

Bu barədə e-huquq.az-a Təşkilatın direktoru Paşa Səfərov məlumat verib.

O bildirib ki, son zamanlar mediasiya institutunun inkişafı və təbliği ilə bağlı istər Mediasiya Şurası, istərsə də Mediasiya Təşkilatları tərəfindən müxtəlif işlər görülür: "Bu işlərə mediasiya sahəsində mövcud sənədlərin düzgün hazırlanması da aiddir. Odur ki, mediasiya təklifi və müraciətinin düzgün hazırlanmasında vətəndaşlara təmənnasız yardım göstərmək üçün avqustun 1-dən 31-dək vətəndaşlara Təşkilatın əməkdaşları tərəfindən yardım göstəriləcək".

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 78, korpus B, otaq 110;

Əlaqə: [email protected]; 077-273-03-73

Oxşar xəbərlər