Mediasiya Şurasına əmək mübahisələri üzrə 1300-dən çox müraciət daxil olub


  • 26 İyul 2022 11:30

Ötən dövr ərzində Mediasiya Şurasına əmək mübahisələri üzrə 1302 müraciət daxil olub.

E-huquq.az xəbər verir ki, bunu Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov “Mediasiya prosesləri zamanı əmək mübahisələrinin uğurlu həllində dövlət orqanlarının və işəgötürənlərin rolu” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, müraciətlərdən 504-ü 2021-ci ildə daxil olub və onların 92-i barışıq sazişinin imzalanması ilə nəticələnib.

"Cari ildə isə 798 müraciət daxil olub ki, onlardan da 113-də barışıq sazişinin imzalanmasına nail olmuşuq", - deyə N.Adilov qeyd edib.

Xəyalə Bünyatova

Oxşar xəbərlər