“Mediasiya prosesləri zamanı əmək mübahisələrinin uğurlu həllində dövlət orqanlarının və işəgötürənlərin rolu” adlı ictimai müzakirə keçirilib - FOTO


  • 26 İyul 2022 13:16

İyulun 26-da “Mediasiya prosesləri zamanı əmək mübahisələrinin uğurlu həllində dövlət orqanlarının və işəgötürənlərin rolu” adlı ictimai müzakirə keçirilib.

E-huquq.az xəbər verir ki, müzakirə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Mediasiya Şurasının birgə təşkilatçılığı ilə baş tutub.

İştirakçıları salamlayan Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Aynur Sabitova deyib ki, mediasiya sahəsində problemlərin, çatışmazlıqların və onların həlli yollarının müzakirəsi üçün bu cür tədbirlər mühüm rol oynayır. O bildirib ki, mediasiya islahatlarına dəstək məqsədilə belə müzakirələr bundan sonra da davam etdiriləcək.

Ombudsman Səbinə Əliyeva əmək hüquqlarının müdafiəsi sahəsində Ombudsman təsisatının həyata keçirdiyi fəaliyyət, bu məqsədlə dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatlarla yaradılmış əlaqələr və həyata keçirilən layihələr barədə məlumat verib. O, həmçinin əmək hüquqlarının pozulması ilə bağlı Ombudsmanın ünvanına daxil olan şikayətlərdən də danışıb.

Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov da çıxışında əmək mübahisələri üzrə Şuraya daxil olan müraciətlər barədə məlumat verib. O bildirib ki, əmək mübahisələri üzrə 1302 iş daxil olub ki, bunlardan 205-i barışıq sazişi ilə nəticələnib.

Daha sonra əmək mübahisələrinin uğurlu həllinə dair iştirakçıların fikirləri dinlənilib.

Oxşar xəbərlər