Bakı 3 saylı Mediasiya Təşkilatında "Açıq qapı" günü keçiriləcək


  • 2 Avqust 2022 12:05

Avqustun 30-da saat 10:00-dan 13:00-dək Bakı 3 saylı Mediasiya Təşkilatında “Açıq qapı” günü keçiriləcək.

Bu barədə e-huquq.az-a Təşkilatın direktoru Paşa Səfərov məlumat verib.

O bildirib ki, “Açıq qapı” gününün keçirilməsi insanlar arasında mediasiya instututunun təbliği və məlumatlandırma xarakteri daşıyır.

"Aksiyada iştirak edərək mediasiya institutu, mediasiya prosesi və mediasiya sessiyalarının təşkili qaydaları, həmçinin mediasiya sahəsində maraq doğuran digər məsələlər barədə ətraflı məlumat almaq mümkün olacaq", - deyə P.Səfərov qeyd edib.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 78, korpus B, otaq 110;

Ətraflı məlumat almaq istəyən şəxslər 0772730373 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Oxşar xəbərlər