Mediasiya Şurasında Korporativ Sosial Məsuliyyət Komitəsi yaradılacaq


  • 2 Avqust 2022 16:24

Mediasiya Şurasında Korporativ Sosial Məsuliyyət Komitəsi yaradılacaq.

Bu barədə e-huquq.az-a Şuranın İdarə Heyətinin sədri Nadir Adilov məlumat verib.

O bildirib ki, komitənin yaradılmasında əsas məqsəd qeyri-kommersiya statuslu peşə birliyi olan Mediasiya Şurasında beynəlxalq təcrübəyə əsaslanan təcrübənin öyrənilərək tətbiq edilməsidir.

“Mediasiya Şurası “BMT-nin biznes və insan hüquqları üzrə Rəhbər Prinsipləri”nin tələblərini nəzərə almaqla, Korpotaiv Sosial Məsuliyyət qaydalarını qəbul edir, bu qaydaların tətbiqini davamlı olaraq milli qanunvericliyin tələblərinə uyğunlaşdırmaqla ictimai maraqlar naminə təkmilləşdirib tətbiq etməyi üzərinə götürür. Məqsədimiz Mediasiya Şurası və mediasiya təşkilatlarının əməkdaşlarının fəaliyyət göstərdikləri istiqamətlər üzrə motivasiyalarının sistemli şəkildə idarə edilməsi və onların maddi-mənəvi motivasiyasına dəstək olmaqdır. Şura sosial məsuliyyət prinsiplərini rəhbər tutaraq fəaliyyət göstərdiyi sektordan gəlir əldə etməyi məqsədi güdmədiyi üçün milli xeyriyyəçilik ənənələrimizə əsaslanan və beynəlxalq standartları özündə əks etdirən sosial məsuliyyətlilik dəyərinin yaradılmasını könüllü şəkildə üzərinə götürür”, - deyə N.Adilov qeyd edib.

Sədr deyib ki, Mediasiya Şurası Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarının tətbiqini, beynəlxalq standartları nəzərə alaraq Şuranı əhatə edən bütün ekosistem qarşısında sosial məsuliyyətin nümunəvi davranışının məcmusu kimi qəbul edir: "Biz qarşımıza korporativ sosial məsuliyyətin nəticələrini ölçülə bilən, onun tətbiqini, dəyərlərini qiymətləndirən, həmçinin insanlara, cəmiyyətə və bizi əhatə edən və xidmətlərimizdən faydalanan mühitə hörmət prinsipini rəhbər tutmaqla, sosial məsuliyyət uğuruna nail olmaq kimi bir məqsəd qoymuşuq. Mediasiya Şurasının İdarə Heyətinin qərarı əsasında yaradılacaq Korporativ Sosial Məsuliyyət Komitəsi mediatorlardan təşkil edilməklə mediatorların maraqlarının qorunmasında, onların sosial qayğılarının həll olunmasında da mühüm rol oynayacaq”.

Oxşar xəbərlər