Mediasiya Şurası İntizam Komissiyasının üzvləri təltif edildi


  • 3 Avqust 2022 11:15

Mediasiya Şurası İntizam Komissiyasının üzvləri təltif edilib.

E-huquq.az xəbər verir ki, İdarə Heyətinin qərarı ilə İntizam Komissiyasının üzvləri mediator və mediasiya təşkilatları ilə işlə bağlı göstərdikləri yüksək peşəkarlıq və davamlı səmərəli fəaliyyətə görə diplom ilə təltif edilib.

Komissiyasının tərkibi aşağıdakı üzvlərdən ibarətdir:

1. Yaqubova Sima Sədrəddin qızı - sədr
2. Məmişov Bəylər Sahib oğlu - üzv
3. Mayıl Əhməd Əli oğlu - üzv
4. Salmanova Gülşən Arif qızı - üzv
5. Hacıyeva Tünzalə Arif qızı- üzv

Eyni zamanda qeyd edilən diplom komissiya üzvlərinin şəxsi işinə əlavə edilməklə İdarə Heyətinin iclasının protokoluna daxil edilib.

Mediasiya Şurası Komissiyanın üzvlərini təbrik edib, onlara səmərəli fəaliyyətlərinə görə dərin təşəkkür edib.

Oxşar xəbərlər