Bakı 2 saylı Mediasiya Təşkilatının mediatorları təltif edildi - FOTO


  • 5 Avqust 2022 09:31

Bakı 2 saylı Mediasiya Təşkilatında Mediasiya Şurasının sədri Nadir Adilovun iştirakı ilə mediatorların ümumi iclası keçirilib.

E-huquq.az-ın məlumatına görə, iclası giriş sözü ilə açan təşkilat rəhbəri İlhamə Həsənova təşkilatın fəaliyyəti ilə bağlı ümumi məlumat verib.

Bildirib ki, bugünədək təşkilata təxminən 1300 iş daxil olub ki, bunların da 30%-i barışıq sazişi ilə nəticələnib. İşlərin 50%-i isə tam mediasiya sessiyasına keçidlə müşayiət olunub. Yalnız 127 işdə mediasiyada bir tərəf, digər işlərdə isə hər iki tərəf iştirak edib.

İ.Həsənova qeyd edib ki, Təşkikatın fəaliyyəti mediasiya institutunun təkmilləşdirilməsi istiqamətində qurulub: "Təşkilatımıza Bakı Dövlət Universitetinin tələbəsi olan 40 könüllü cəlb edilib. Mediatorların peşəkarlığınln artırılması istiqamətində tədbirlər həyata keçirilir".

"Bakı 2 saylı Mediasiya Təşkilatına göstərdiyi dəstəyə görə Mediasiya Şurasına, hörmətli Nadir müəllimə minnətdarıq. Onu da qeyd etməliyəm ki, elə ilk günlərdən Vəkillər Kollegiyasının, o cümlədən hörmətli sədr Anar Bağırovun mediasiya institutuna dəstəyini hiss edirik. Vəkillər Kollegiyası yeni yaranmış bu sahənin inkişafına hər cür dəstək göstərir. Buna görə Anar müəllimə təşəkkür edirik", - deyə o bildirib.

Daha sonra çıxış edən Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov Şuranın fəaliyyəti ilə bağlı mediatorlara ətraflı məlumat verib və səmərəli fəaliyyətə görə Bakı 2 saylı Mediasiya Təşkilatının rəhbərinə və mediatorlarına minnətdarlığını ifadə edib.

Tədbirdə çıxış edən mediatorlar da Bakı 2 saylı Mediasiya Təşkilatında fəaliyyətlərinin səmərəliliyi üçün lazımi şəraitin yaradıldığını vurğulayıblar.

Sonda Nadir Adilov təşkilat tərəfindən fəaliyyəti yüksək qiymətləndirilən mediatorları təltif edib.

Oxşar xəbərlər