Məzmuna keç

Baş Prokurorluq məhkəmələrə göndərilən cinayət işləri ilə bağlı məlumat yaydı

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir.

​Baş Prokurorluğun Mətbuat Xidmətindən e-huquq.az-a verilən məlumata görə, bu günün rəqəmi 444-dür.

Qeyd olunub ki, ​2021-ci ilin I yarımili ərzində prokurorluq orqanları tərəfindən istintaqı aparılmış 444 cinayət işinin ittiham aktı ilə məhkəmələrə göndərilməsi təmin edilib.

"​Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur", – deyə Baş Prokurorluğun məlumatında bildirilib.