"Gəncə Bazar" 10 min manatadək cərimələnə bilər


  • 31 May 2023 09:49

"Gəncə Bazar" Açıq Səhmdar Cəmiyyətinə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, ASC barədə İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Gəncə Şəhər Məhkəməsində hakim Elxan Əlizadənin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, "Gəncə Bazar" beş min manatdan on min manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələllik məlum deyil.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər