"Azərbaycan Automobiles" gömrük qaydalarını pozduğuna görə cərimələnə bilər


  • 31 May 2023 14:40

Almaniyanın avtomobil markası "Volkswagen”in Azərbaycanda rəsmi dileri olan "Azərbaycan Automobiles" şirkətinə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 496.1-ci (Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, "Azərbaycan Automobiles" üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyi.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər