"Integra construction Kz məhdud məsuliyyətli yoldaşliği" şirkətinin Azərbaycan Respublikasındakı filialına cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, şirkət barədə barədə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. İşə hakim Sülhanə Hacıyevanın sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, şirkət inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclası iyunun 12-də keçiriləcək.
Şəbnəm Mehdizadə
