Məzmuna keç

“Aqro Təchizat Servis” cərimələndi

“Aqro Təchizat Servis" MMC cərimələnib.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi) protokol tərtib olunub.

İşə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində hakim Aynurə Sadıqovanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, şirkət beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələllk məlum deyil.

Şəbnəm Mehdizadə