Məzmuna keç

Abşeronda evdən 10 min manatlıq oğurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Abşeronda evdən oğurluq etməkdə təqsirləndirilən Ariz Əzimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

Hakim Abusət Qasımovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Ariz Əzimov Hökməli qəsəbəsindəki evlərin birindən 10.000 manat dəyərində məişət əşyaları oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə