Qəbələdə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Əfqan Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Tural Əfəndizadənin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Ağdaş rayon sakini Əfqan Həsənov Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı saxlanılıb. Onun üzərində daşıdığı çantaya və bağlamalara baxış keçirilərkən ümumi çəkisi 6 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb. Ə.Həsənova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
