Məzmuna keç

Məhkəmə piyadanın ölümündə təqsirləndirilən sürücü ilə bağlı qərar verəcək

Abşeronda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Elvin Qarazadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

İş hakim Abusət Qasımovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Qarazadə Elvin Qara oğlu idarə etdiyi “Mercedes Benz C180” markalı avtomobillə Xırdalan şəhəri H.Əliyev prospektində üzü Xırdalan dairəsi istiqamətində yolu keçmək istəyən piyada Xırdalan sakini Əlişzadə Kahin Kazım oğlunu vurub. K.Əlişzadə aldığı xəsarətlərdən bir gün sonra evdə ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə