Daşkəsəndə evlərdən oğurluq etməkdə təqsirləndirilən İmran Abdullayev, Qismət Süleymanov, Elvin Həsənov və Röyal Verdiyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilib.
Hakim Kənan Vəliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası sentyabrın 4-nə təyin olunub.
Qeyd edək ki, İmran Abdullayev, Qismət Süleymanov, Elvin Həsənov və Röyal Verdiyev müxtəlif vaxtlarda 8 mənzildən dəyəri 5000 manat olan məişət və elektrik avadanlıqları oğurlamaqda təqsirləndirilirlər. Onlara qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
