Məzmuna keç

Gəncədə sahibkarın öldüyü ağır qəza ilə bağlı məhkəmə başlayır

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vüqar Tağıyein cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilib.

Hakim Liza Xanməmmədovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası avqustun 29-na təyin olunub.

Qeyd edək ki, hadisə şəhərin Qara Qarayev küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Lexus” markalı minik avtomobili ilə “Ford Transit” markalı yük maşını toqquşub. Nəticədə avtomobillərdən biri yoldan keçən piyada, 1982-ci il təvəllüdlü Səbuhi Xeyirxəbərovu vurub. O, hadisə yerində ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Məlumata görə, S.Xeyirxəbərov Gəncədə sahibkarlıq fəaliyyəti ilə məşğul olurmuş.

Şəbnəm Mehdizadə