"İstanbul Teknik İnşaat Sanayi Ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialına cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. İş hakim Elməddin Hüseynovun icraatına verilib.
Qeyd edək ki, bu xətaya görə şirkət iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
