Məzmuna keç

Qubada tanışını bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Qubada tanışını bıçaqlamaqda təqsirləndirilən Kənan Zaidovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Nahid Mirzəyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə "Quba Şəhər Meydanı" adlanan ərazidə qeydə alınıb. Belə ki, 2006-cı il təvəllüdlü Kənan Zaidov münaqişə zəminində tanışı olan həmyaşıdı Ayaz Həşimovu bıçaqlayıb. Kənan Zaidova qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə