Bu gündən Azərbaycanda COVID-19-a qarşı vaksinasiyaya başlanılıb.
E-huquq.az-ın məlumatına görə, Səhiyyə naziri Oqtay Şirəliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev və TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı COVID-19 əleyhinə peyvənd olunub.
Onlar Bakı Sağlamlıq Mərkəzində vaksinasiyadan ilk keçənlərdən olublar.
Qeyd edək ki, Azərbaycanda Çin istehsalı olan "CoronaVAC" vaksini ilə peyvəndlənmə həyata keçirilir.
