"Vəkillik fəaliyyəti" adlı dərslik hüquq ictimaiyyəti üçün faydalı mənbə olacaq - Bəxtiyar Aslanbəyli


  • 16:14

Vəkillik fəaliyyəti ilə bağlı yeni dərsliyin hazırlanmasına ehtiyac var idi.

E-huquq.az xəbər verir ki, bunu BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli "Vəkillik fəaliyyəti" adlı dərsliyin təqdimat mərasimində çıxışı zamanı deyib.

O, belə bir dərs vəsaitinin ərsəyə gəlməsini təqdirəlayiq hal kimi qiymətləndirib.

B.Abbasbəyli bildirib ki, kitabın müəllifləri təcrübəli müəllimlər və peşəkar hüquqşünaslardır. Qeyd edib ki, dərslik bakalavr və magistr pilləsində təhsil alan tələbələr, eyni zamanda hüquq ictimaiyyəti üçün faydalı mənbə olacaq.

Vitse-prezident eyni zamanda deyib ki, hüquq sahəsində biliklərini artırmaq istəyən digər şəxslər üçün də kitab tövsiyə olunur. Onun sözlərinə görə, nəşrdə mövzular əhatəli şəkildə təqdim edilib.

B.Abbasbəyli vurğulayıb ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna edilən son dəyişikliklərin də sözügedən nəşrdə öz əksini tapması təmin edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər