- 13:07
Milli Məclis bu gün Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsi barədə təqdimata baxacaq.
E-huquq.az xəbər verir ki, bununla bağlı parlamentin mayın 1-nə təyin edilən plenar iclasının gündəliyində dəyişiklik edilib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında təqdimata baxılıb və plenar iclasa tövsiyə olunub.
K.Əliyev Azərbaycan Prezidentinin 1 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanın Baş prokuroru təyin edilmişdi.
Qeyd edək ki, "Prokurorluq haqqında qanun"un 16-cı maddəsinə əsasən, Azərbaycan Respublikası baş prokurorunun, Azərbaycan Respublikası hərbi prokurorunun, Naxçıvan Muxtar Respublikası prokurorunun, ərazi və ixtisaslaşdırılmış prokurorların səlahiyyət müddəti 5 ildir.