- 17:35
"Azərbaycanda son illər istehlak kreditlərinin həcmində artımlar müşahidə olunur".
E-huquq.az xəbər verir ki, bunu Mill Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin bu gün keçirilən növbəti plenar iclasında deyib.
Onun sözlərinə, 2024-cü ildə istehlak kreditlərinin həcmi 2023-cü illə müqayisədə 6 milyard 937 milyon manatdan 8 milyard 445 milyon manata qədər yüksəlib: "Bu o deməkdir ki, 3 milyondan çox vətəndaşımızın istehlak kreditləri üzrə borcu var. Eyni zamanda istehlak krediti portfelinin artması ilə yanaşı, biz vaxtı keçmiş kreditlərinin həcminin artmasını da müşahidə edirik. Vaxtı keçmiş kreditlərin həcmi 2024-cü ildə 2023-cü illə müqayisədə 449 milyon manat 481 milyon manata qədər yüksəlib".
Deputatın sözlərinə görə, oxşar vəziyyət qeyri-işlək kreditlərlə də bağlı müşahidə olunur: "Belə ki, 2024-cü ildə qeyri-işlək kreditlərin həcmi 6,7 faiz və ya 41 milyon manat artaraq 665 milyon manata çatıb. Bu məbləğin 246 milyon manatı istehlak, 375 milyon manatı isə biznes kreditləridir. Eyni zamanda Mərkəzi Bankın məlumatına görə, iqtisadi fəal əhali üzrə adam başına 13,8 min manat bank borcu var. Əgər 5 il öncəki statistikada bu göstərici 11,5 faiz idisə də, bu rəqəm 2024-cü ilin sonunda 18 faizə qədər yüksəlib".
Şəbnəm Mehdizadə