- 17:35
"Banka 200 manat kredit borcu olan vətəndaşın ölkədən çıxışının məhdudlaşdırılmasının problemli kreditlərinin həllinə xüsusi təsiredici olacağı inandırıcı deyil".
E-huquq.az xəbər verir ki, bunu Mill Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin bu gün keçirilən növbəti plenar iclasında deyib.
O bildirib ki, beynəlxalq təcrübədə olduğu kimi, ölkədən çıxışla bağlı məhdudiyyyətin məüyyənləşdirilməsi zamanı fiziki şəxslərin kredit borcları ilə bağlı limitlərin müəyyən edilməsi məqsədəuyğun olardı.
"Müəyyən limitdən artıq krediti olan vətəndaşlarımızın ölkədən çıxışı məhdulaşdırılsın. Çünki kiçik məbləğlərdə kredit borcu olan vətəndaşlarımızla bağlı belə məhdudiyyətin tətbiq olunması qəbulolunan deyil", - deyə deputat qeyd edib.
Şəbnəm Mehdizadə