E-huquq.az-ın fəaliyyətə başlamasından 6 il ötür


  • 13:46

Bu gün e-huquq.az saytının fəaliyyətə başlamasından 6 il ötür.

E-huquq.az 2019-cu il 1 may tarixində fəaliyyətə başlayıb. Hüquq və ictimai-siyasi sahələr üzrə müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur.

Sayt Azərbaycanda və dünyada baş verən mühüm hüquqi, siyasi və digər xəbərləri operativ şəkildə oxuculara təqdim edir. Eyni zamanda vətəndaşların hüquqi biliklərinin artırılması istiqamətində maraqlı məqalə, reportaj və müsahibələr hazırlayır.

Qısa müddət ərzində populyarlıq qazanan saytın daimi oxucuları arasında müxtəlif peşə sahibləri ilə yanaşı, hüquqşünaslar, vəkillər, hakimlər, məhkəmə işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları üstünlük təşkil edir.

E-huquq.az bir çox dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə fəal əməkdaşlıq edir. Operativ və səmərəli əməkdaşlığa görə dəfələrlə müxtəlif qurumlar tərəfindən mükafatlarla təltif olunub.

Saytın təsisçisi və direktoru Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyevdir.

Qeyd edək ki, E-huquq.az 2 mart 2023-cü il tarixində Media Reyestrində qeydiyyatdan keçib.

Oxşar xəbərlər