- 18:09
Azərbaycan Prezidentinin Mətbuat katibi xidmətinin çəkiliş sektorunun müdiri Ədalət Abbasov vəzifəsindən azad olunub.
E-huquq.az xəbər verir ki, bununla bağlı "Teleqraf" məlumat yayıb.
Bildirilib ki, sözügedən xidmətin bir neçə əməkdaşı da işdən çıxarılıb.
Qeyd edək ki, Ə.Abbasov 1993-cü ildən Prezidentin Mətbuat xidmətinin çəkiliş qrupunda çalışırdı.
Onun həmçinin, MUZ TV-nin təsisçisi və kuratoru olduğu bildirilir.