- 2 May 22:40
"Məhkəmə qərarlarının icrası istiqamətində 2024-cü ildə son 5 ilin ən yüksək göstəricisi əldə olunub".
E-huquq.az xəbər verir ki, Ədliyyə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ləman Hüseynzadə mayın 2-də Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "İctimai proseslər media müstəvisində" mövzusunda keçirilən ikinci forum çərçivəsində "Konstitusiya və Suverenlik İlində media gündəmi" adlı panel sessiyada deyib.
O bildirib ki, hazırda da məhkəmə qərarlarının icrası istiqamətində müəyyən rəqəmsallaşma işləri aparılır: "Elektron icra" sistemini təkmilləşdirmişik ki, bu da icra məmurlarının iş yükünü azaldır. Ümid edirik ki, rəqəmsallaşma və islahatlar nəticəsində bu il məhkəmə qərarlarının icrasında daha yuxarı göstəricilər əldə edəcəyik".
L.Hüseynzadənin sözlərinə görə, yaxın zamanlarda istifadəçilərə "Mobil icra" tətbiqi istifadəyə veriləcək: "Bu tətbiq həm tələbkar, həm də borclu üçün funksionaldır ki, onların tərəf olduğu icra sənədləri barədə bütün prosesləri, məlumatları tətbiq üzərindən əldə edə biləcəklər".
Humay Eminqızı