- 11:19
"Yaxın gələcəkdə məhkəmə ekspertizası sahəsində fəaliyyətin rəqəmsallaşması istiqamətində layihələr icra ediləcək".
E-huquq.az xəbər verir ki, Ədliyyə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ləman Hüseynzadə mayın 2-də Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "İctimai proseslər media müstəvisində" mövzusunda keçirilən ikinci forum çərçivəsində "Konstitusiya və Suverenlik İlində media gündəmi" adlı panel sessiyada deyib.
O xatırladıb ki, ötən il Prezident İlham Əliyev "Məhkəmə Ekspertizası Şurasının yaradılması haqqında" sərəncam imzalayıb: "Bu sərəncamın əsas mahiyyəti məhkəmə ekspertizası sahəsində beynəlxalq təcrübəyə əsaslanaraq hazırkı təcrübəni təkmilləşdirməkdir".
Humay Eminqızı